"Yuventus"un baş məşqçisi Luçano Spalletti klubla müqaviləsini uzatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, tərəflər müqavilənin təfərrüatlarını razılaşdırıblar. Müqavilə 2028-ci ilin yayına qədər davam edəcək. 67 yaşlı məşqçinin maaşı mövsümə 5-6 milyon avro və əlavə bonuslar da olacaq. Rəsmi açıqlamanın şənbə günü "Atalanta" ilə oyundan əvvəl veriləcəyi gözlənilir.
Spaletti 2025-ci ilin oktyabr ayının sonlarında "Yuventus"a rəhbərlik etməyə başlayıb. 67 yaşlı italyan məşqçinin Turin klubu ilə hazırkı müqaviləsi cari mövsümünün sonuna qədərdir.
Qeyd edək ki, "Yuventus" hazırda 31 oyundan sonra A Seriyasının turnir cədvəlində 57 xalla beşinci sırada qərarlaşıb.












