Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarın ilə bağlı açqılama verib.

Matc.az xəbər verir ki, Ançelotti onun millinin heyətində 2026-cı il dünya çempionatında iştirakı üçün fiziki vəziyyətini yaxşılaşdırmalı olduğunu vurğulayıb.

"Neymar düzgün yoldadır. O, bu yolu davam etdirməli və formasını yaxşılaşdırmalıdır. O, 100% fiziki formaya düşə bilər. Bunu bir neçə dəfə demişəm və bu, tamamilə aydındır. Fiziki cəhətdən hazır olan oyunçuları heyətə çağıracağam.

Neymar diz zədəsindən yaxşı sağalıb və qollar vurur", - deyə Ançelotti açıqlama verib.

Xatırladaq ki, 34 yaşlı hücumçu fevralın ortalarında diz zədəsindən sağalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest