PSJ Çempionlar Liqasında möhtəşəm nailiyyətə imza atıb.
Matc.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi komanda başa çatan turnirdə rəqib qapılarına ümumilikdə 45 qol vuraraq yarışın bir mövsümdə ən çox qol vurma rekordunu təkrarlayıb.
Qeyd edək ki, bu rekord daha əvvəl 1999/2000 mövsümündə eyni sayda (45 qol) fərqlənən İspaniya "Barselona"sına məxsus idi.
Bundan başqa, PSJ turnirin tarixində ardıcıl iki mövsüm çempion olan ikinci klub kimi adını tarixə yazdırıb. Parislilər bu unikal uğurla müasir formatda yalnız "Real"a (2016, 2017, 2018) məxsus olan nailiyyəti təkrarlamağı bacarıblar.
Xatırladaq ki, Budapeştdəki "Puşkaş Arena"da keçirilən dramatik final matçında London "Arsenal"ını penaltilər seriyasında (əsas vaxt 1:1, penaltilər 4:3) məğlub edən Paris təmsilçisi növbəti dəfə Avropanın ən böyük kubokunu başı üzərinə qaldırıb.













