PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün final matçının ən yaxşı oyunçusu seçilib.

PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün final matçının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da baş tutan həlledici qarşılaşma parislilərin qələbəsi ilə başa çatıb (əsas və əlavə vaxt – 1:1, penaltilər seriyası – 4:3).

Oyuna start heyətində başlayan portuqaliyalı yarımmüdafiəçi əlavə vaxtın 105-ci dəqiqəsində əvəzlənib. Vitinya meydanda olduğu müddətdə 97% ötürmə dəqiqliyi ilə möhtəşəm performans nümayiş etdirib.

Xatırladaq ki, turnirin yarımfinal mərhələsində PSJ "Bavariya"nı ümumi hesabda 6:5, "Arsenal" isə "Atletiko"nu iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest