15 Aprel 2026, 16:23
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko İtaliya A Seriyasından təklif alıb.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Fiorentina" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyib. Tedesko Florensiya təmsilçisinin təklifini qəbul etməyib. 40 yaşlı çalışdırıcı növbəti mövsümdə də Türkiyə klubunda qalacağını deyib.
Qeyd edək ki, Domeniko Tedesko 2025-ci ilin sentyabrında "Fənərbaxça"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun İstanbul nəhəngi ilə müqaviləsi 2026/2027 mövsümünün sonuna kimidir.












