Mayamidə yerləşən idman və musiqi tədbirlərinin təşkili üzrə ixtisaslaşmış VID şirkəti, müqavilənin pozulması iddiası ilə "İnter Mayami"nin hücumçusu Lionel Messi və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı iddia qaldırıb.

Matc.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Şirkət Argentina milli komandasının ötən ilin oktyabr ayında keçirilən Venesuela (1:0) və Porto Riko (6:0) ilə oyunlarının eksklüziv hüquqları üçün Argentina Futbol Assosiasiyası ilə 7 milyon dollarlıq razılaşma əldə edib.

Razılaşmaya əsasən, Messi zədələnmə istisna olmaqla, hər matçda ən azı 30 dəqiqə oynamalı idi. Lakin argentinalı futbolçu Venesuelaya qarşı oynamayıb, amma ertəsi gün MLS-də "Atlanta" (4:0) ilə oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Şirkət 38 yaşlı superulduzun meydana çıxmaması səbəbindən milyonlarla dollar itirdiyini iddia edir və tam təzminat, üstəgəl əlavə kompensasiya tələb edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest