"Marsel"in futbolçusu İqor Payşan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Liverpul" braziliyalı vingerin xidmətində maraqlıdır. Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot "Feyenoord"da birlikdə çalışdığı 25 yaşlı futbolçunu yenidən sərəncamında görmək istəyir.

Fransa klubu Braziliya U-23 millisinin sabiq üzvü üçün ən azı 60 milyon avro tələb edir.

Qeyd edək ki, İqor Payşan bu mövsüm "Marsel"in heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 12 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest