15 Aprel 2026, 19:02
FUTBOL
"Roma"nın argentinalı hücumçusu Paulo Dibala karyerasını "Milan"da davam etdirmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.
Dibalanın "Roma" ilə müqaviləsi cari mövsümün sonuna qədərdir və yenilənməsi ehtimalı azdır.
Hücumçu yenidən Massimiliano Alleqrinin rəhbərliyi altında işləmək istədiyi üçün "Milan"a xidmətlərini təklif edib. Onlar 2015-ci ildən 2019-cu ilə və 2021-ci ildən 2022-ci ilə qədər "Yuventus"da birlikdə çalışıblar.
Dibala "Milan"la sabit maaş olmadan müqavilə imzalamağa hazırdır və bu, tamamilə onun oyunundan və vurduğu qollardan asılı olacaq.
Qeyd edək ki, bu mövsüm Dibala "Roma"da bütün yarışlarda 22 oyunda 3qol vurub və 4 məhsuldar ötürmə edib.












