20 Aprel 2026, 10:50
FUTBOL
"Real" müdafiəçisi Antonio Rüdigerə yeni müqavilə təklif edib.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, Madrid klubu 33 yaşlı müdafiəçiyə 1 illik müqavilə təklif edib. Lakin alman futbolçu 2 illik müqavilə imzalamaq istəyir. "Real" isə təklifinin qəbul ediləcəyinə əmindir.
Qeyd edək ki, Rüdigerin hazırkı müqaviləsi bu yay başa çatır.












