"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Aston Villa" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Baş məşqçi Unay Emeri Consu komandasına görmək istəyir. Mersisayd təmsilçisində əsas heyətdə yerini itirən 25 yaşlı oyunçu klubunu dəyişməyə isti yanaşır.

Qeyd edək ki, Körtis Cons bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 44 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest