20 Aprel 2026, 12:50
FUTBOL
Türkiyə Super Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib.
Matc.az xəbər verir ki, "Erzurum" mövsümün bitməsinə iki tur qalmış elitaya vəsiqəni təmin edib.
"Dadaşlar" 36-cı turda səfərdə "Bodrum"la 1:1 hesablı heç-heçə edib. Xallarını 79-a yüksəldən "Erzurum" 3-cü pillədə yer alan "Amed"i 7 xal qabaqlayır.
Qeyd edək ki, "Erzurum" sonuncu dəfə 2021/2021 mövsümündə Türkiyə Super Liqasında çıxış edib.












