20 Aprel 2026, 12:07
FUTBOL
Türkiyə II Liqasında (səviyyəcə III) XXXIII turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, "Bursaspor" doğma meydanda "Somaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 77-yə yüksəldən "Bursaspor" çempionluğu qəbul edib. "Timsahlar" mövsümün bitməsinə bir tur qalmış ən yaxın izləyicisi "Mardinspor"u 7 xal qabaqlayır. "Ağ-yaşıllar" növbəti mövsümdə I Liqada mübarizə aparacaq.
Qeyd edək ki, "Bursaspor" 2009/2010 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.












