20 Aprel 2026, 13:36
FUTBOL
"Arsenal" İngiltrərə Premyer Liqasının XXIII turunda səfərdə ən yaxın izləyicisi olan "Mançester Siti"yə 1:2 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta qarşılaşmadan sonra açıqlama verib. İspaniyalı mütəxəssis çempionluğa inandığını deyib:
"Qələbə qazanmaq üçün yaradılan fürsətləri dəyərləndirmək lazımdır.Çıx sıx qrafikdəyik. Amma səviyyəmizə bələdəm, bunun öhdəsindən gələ bilərik. Qarşıda daha beş oyun var. Hələ də hər şey bizim əlimizdədir. Çempion olacağımıza inanıram".
Qeyd edək ki, 33 turdan sonra 70 xal toplayan "Arsenal" çempionatın lideridir. 32 oyun keçirən "Mançester Siti"nin isə 67 xalı var.












