"Dinamo"nun müdafiəçisi Moris Valinçiç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Marko Varini məlumat yayıb.

"Napoli" və "İnter" xorvatiyalı futbolçunu transfer etmək istəyir. Klubu Valinçiçi satmağın əleyhinə deyil. Zaqreb təmsilçisi 23 yaşlı sağ cinah müdafiəçisi üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, Moris Valinçiç bu mövsüm "Dinamo"nun heyətində keçirdiyi 28 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest