21 Aprel 2026, 13:55
FUTBOL
"Qalatasaray" "Yuventus"un yarımmüdafiəçisi Tyon Koopmeynersi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
İstanbul nəhəngi niderlandlı futbolçunu yayda heyətinə qatmağa çalışacaq. 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə "Mançester Yunayted" də yaxından maraqlanır.
İtaliya klubu təcrübəli oyunçu üçün 30 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Tyon Koopmeyners bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 40 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.









_1693390777.png)


