"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərə klublarının transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Nyukasl" və "Aston Villa" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Hər iki klubun nümayəndələri aprelin 26-da "Fənərbaxça" ilə keçiriləcək matçda Saranı tribunadan izləyəcəklər.

İstanbul nəhəngi 26 yaşlı oyunçu üçün ən azı 30 milyon avro tələb edəcək.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest