21 Aprel 2026, 17:18
MPL
"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.
Matc.az xəbər verir ki, hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.







_1776788107.jpg)
_1692637766.png)



