"Monako"nun futbolçusu Aleksandr Qolovin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Napoli" rusiyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Neapol təmsilçisi Qolovini yayda heyətinə qatmağa çalışacaq. İtaliya çempionu 29 yaşlı futbolçu üçün Fransa klubu ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Aleksandr Qolovin 2018-ci ilin yayından "Monako"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 32 oyunda 5 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest