"Bavariyan"ın cinah oyunçusu Maykl Olise cari mövsüm Bundesliqanın ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı fransız futbolçu mükafatı mövsümün son oyununda, "Köln"ə qarşı keçirdiyi qarşılaşmadan sonra alıb. Həmin oyunda artıq çempion olan Münhen klubu rəqiblərini 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu mövsüm fransız futbolçu Almaniya çempionatında 32 oyun keçirib, 15 qol vurub və 19 məhsuldar ötürmə edib.

Olise ötən mövsüm isə 34 liqa matçında 12 qol və 15 məhsuldar ötürmə ilə Bundesliqanın ən yaxşı yeni oyunçusu seçilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest