İtaliyalı mütəxəssis Enso Mareska "Mançester Siti"də Xosep Qvardiolanın xələfi ola bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.

Bildirilir ki, Mareska "Siti" ilə 2028-ci ilədək müqavilə bağlanması barədə ilkin razılığa gəlib. Sövdələşmədə 2029-cu ilədək uzadılma opsionu da nəzərdə tutulub.

"Şəhərlilər"in rəhbərliyi "Çelsi"nin sabiq baş məşqçisini Qvardiola klubu tərk etmək qərarına gələrsə, onun yerini tutacaq əsas namizəd kimi dəyərləndirir.

İndi yekun qərarı Qvardiola verəcək. Mareska isə vəziyyətin gedişatını gözləməyə hazırdır.

Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi gələn mövsümün sonunadək qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest