Argentinalı cinah oyunçusu Niko Qonsales "Atletiko" tam hüquqlu oyunçusu olacaq.

Matc.az xəbər verir ki, bu barədə Matteo Moretto məlumat yayıb.

Qonsales hazırda Madrid klubunda icarədədir və 28 yaşlı argentinalı oyunçunun transfer hüququ "Yuventus"a məxsusdur. Futbolçunun icarə müqaviləsində 35 milyon avroluq məcburi satın alma bəndi yer alıb və bu bənd müəyyən şərtlər yerinə yetirildikdə (oynanılan oyunların sayı) qüvvəyə minə bilərdi.

"Atletiko" Qonsalesin daha aşağı qiymətə - 27-28 milyon avroya alınması üçün "Yuventus"la razılığa gələ bilib.

Bu mövsüm cinah oyunçusu İspaniya klubunda bütün yarışlarda 39 oyunda 5 qol vurub. Qonsalesin transfer dəyəri hazırda 24 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest