17 May 2026, 13:47
FUTBOL
"Liverpul"un paltardəyişmə narazılıqlar artmağa başlayıb. Baş məşqçi Arne Slotun bu mövsüm aşağı performansı səbəbiylə artan narazılıq fonunda gərginlik qırılma nöqtəsinə çatıb.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Bildirilir ki, komanda Rafael Benitesin dövründəki məğlubiyyət rekordunu keçdiyinə görə narahatlıq keçirir. Belə ki, bu mövsüm "mersisaydlılar" bütün yarışlarda 20 məğlubiyyət alıblar, Benitesin rəhbərliyi altında isə bu rəqəm 19 olub.
Bəzi oyunçular hesab edir ki, baş məqşçi dəyişikliyi daha əvvəl baş verməli idi. Slot isə komandanın əvvəlki mövqeyini geri qaytara biləcəyinə inanır. Bununla belə, "Liverpul"un bir sıra əsas oyunçularının nirderlandlı mütəxəssisə inamı qalmayıb.












