18 May 2026, 18:24
FUTBOL
"Başakşehir" müdafiəçi Leo Duarte ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb. 29 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edib.
Qeyd edək ki, "Başakşehir" Leo Duarteni 2021-ci ildə "Milan"dan transfer etmişdi. Təcrübəli oyunçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 34 matçda 1 qol ötürməsi edib.



_1779133486.jpg)









