"Atletiko"nun hücumçusu Antuan Qrizmann klubun azarkeşləri ilə vidalaşıb.

Matc.az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacağı üçün sosial media hesabında bununla bağlı paylaşım edib.

"Təşəkkür edirəm! Sevginizə görə təşəkkür edirəm! Çox ağladım, amma bu xoşbəxtlik və qürur göz yaşlarını heç vaxt unutmayacağam. Heç vaxt!

Bu, peşəkar futbolçu kimi yaşadığım ən xüsusi, ən gözəl gecədir. 7 nömrənizlə fəxr etməyiniz üçün çox çalışdım, amma heç vaxt düşünməzdim ki, mənə sevgidə bu qədər inanılmaz bir dərs verəcəksiz.

Sizi sevirəm, "kolçoneroslar"!

Sizi sevirəm, "döşək ustaları"!

Sizi sevirəm, yoldaşlar!

Səni sevirəm, "Atletiko" Madrid!"

Qeyd edək ki, La Liqanın 37-ci turunda "Jirona" ilə keçirilən qarşılaşma Qrizmannın "Atletiko"da 500-cü oyunu olub. Həmin qələbədə o, Ademola Lukmana məhsuldar ötürmə edib.

"Atletiko"da oynadığı müddətdə fransız futbolçu 212 qol vurub, İspaniya Superkubokunu (2014), Avropa Liqasını (2018) və UEFA Superkubokunu (2018) qazanıb.

Qrizmann yayda azad agent kimi MLS-in "Orlando Siti" klubuna keçəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest