"Real" La Liqada mövsüm başa çatdıqdan sonra Joze Mourinyonun baş məşqçi vəzifəsinə qayıdışını elan etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Açıqlamanın bazar və ya bazar ertəsi günü baş tutacağı gözlənilir. Şənbə günü, mayın 23-də "Real" La Liqaının sonun, 38-ci turunda "Bernabeu"da "Atletik"i qəbul edəcək.

Mourinyonun İspaniya paytaxtına qayıtmaq üçün 2 illik müqavilə razılaşdırdığı və artıq "Benfika" ilə vidalaşdığı bildirilir.

Madrid klubunun prezidenti Florentino Peresin Mourinyonun müqaviləsinə, Enrike Rikelmenin seçkilərdə qalib gələcəyi təqdirdə, protuqaliyalı mütəxəssislə yolları ayırıb, başqa məşqçi seçməsinə imkan verən bənd əlavə etməyi düşünüyü vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest