"Son dəqiqələrdə qapımıza penalti də təyin edildi. Heç-heçə də ola bilərdi, amma qalib gəldik".

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 33-cü turunda "SOCAR Polymer Arena"da "Zirə"ni 3:2 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko qələbəni şərh edib:

"Qalib gəlmək hər zaman xoşdur. Futbol oynamağa çalışdıq. Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm. Qarşımızda yaxşı rəqib var idi. "Zirə" nə istədiyini bilən, çox yaxşı təşkilatlanmış komandadır. Baş məşqçinin işi görünür, hara gəldiy vurmağa çalışmırlar, futbol göstərməyə çalışırlar.

Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim. Biz layiqli qələbə qazandıq. "Zirə"ni üstələməyə çalışdıq. Təssüf ki, bəzi xırda vəziyyətlərdə səhvlər edirdik. Bu halda rəqibə şans verirdik. Qapımızda da qol görürdük. Amma daha çox möhkəmlənmək, daha yüksək yerlər üçün daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır. Topu möhkəm saxlamaq, sadə vəziyyətlərdə rəqibə verməmək lazımdır. Qalib gəldik. Hardasa bəxtimiz də gətirdi. Son dəqiqələrdə qapımıza penalti də təyin edildi. Heç-heçə də ola bilərdi, amma qalib gəldik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest