Avstriyalı müdafiəçi David Alaba "Real"dan azad agent kimi ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonunda başa çatır və uzadılmayacaq.

Alaba "Real"a 2021-ci ilin yayında "Bavariya"dan keçib. Lakin çoxsaylı zədələr müdafiəçinin Madriddə potensialını nümaiş etdirməsinə mane olub.

Alaba bu mövsüm "Real"ın heyətində bütün yarışlarda 15 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. Futbolçunun hazırkı transfer dəyəri cəmi 3,5 milyon avro olaraq qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest