"Real"ın hücumçusu Kilian Mbappe müdafiəçi David Alabanın mövsümün sonunda klubdan ayrılmasına münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə Mbappe sosial media hesabında paylaşım edib.

"Qardaşım, bu fəsli səninlə bağlamaq çətindir. Sən inanılmaz oyunçu və çox yaxşı insansan. Bir vaxtlar mənim rəqibim idin, indi isə burada ən yaxşı komanda yoldaşlarımdan birinə çevrildin və indi deyə bilərəm ki, sən futbolun mənə bəxş etdiyi dostsan. Sənə ən yaxşı arzularımı çatdırıram və etdiyin hər şeydə həmişə səni dəstəkləyəcəyəm", - deyə Mbappe paylaşımında yazıb.

Qeyd edək ki, ötən gün Madrid klubu rəsmi saytında 33 yaşlı avstriyalı futbolçunun müqaviləsinin ləğv olunduğunu təsdiqləyib.

Avstriyalı futbolçu 2021-ci ilin yayından bəri "Real"da oynayır. Bu müddət ərzində Alaba bütün yarışlarda 131 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

O, Madrid klubunda 2 dəfə İspaniya çempionu olub, 2 dəfə Çempionlar Liqasını və UEFA Superkubokunu, 2 dəfə İspaniya Superkubokunu və İspaniya Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest