"Real"a təyinatı açıqlanacağı gözlənilən Joze Mourinyo, klubdan ayrılacaq Daniel Karvaxalın yerinə namizəd kimi "İnter"in sağ cinah müdafiəçisi Denzel Damfrislə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, niderlandlı futbolçunun müqaviləsində 25 milyon avroluq sərbəst qalma bəndi var.

Portuqaliyalı məşqçinin Madrid klubunun ransferlərində söz sahibi olacağı vurğulanır.

Qeyd edək ki, bu mövsüm Damfris bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest