"Mançester Siti"nin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiol karyerasını "Bavariya"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.

Bildirilir ki, Qvardiolun özü transferə mübət yanaşır. Belə ki, xorvatiyalı futbolçu 2021-ci ildən 2023-cü ilə qədər " Leypsiq"də oynayıb, Almaniyadakı həyat tərzi ona xoş gəlib və ora qayıtmaq istəyir.

Lakin Münhen klubu üçün transferi realladırmaq asan olmayacaq. "Mançester Siti" oyunçusu üçün 70 milyon avro tələb edir və Almaniya çempionu tələb olunan məbləği toplamaq üçün bir neçə oyunçusunu satmalı olacaq.

Qeyd edək ki, bu mövsüm Qvardiola "Mançester Siti"də bütün yarışlarda 24 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest