"Leypsiq"in 19 yaşlı Fil Dişi Sahili hücumçusu Yann Diomande "Liverpul"un əsas transfer hədəfləri arasındadır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilir ki, PSJ də gənc oyunçuya ciddi maraq göstərir, lakin hazırda "Liverpul"un onu transfer etmək şansı daha güclüdür.

Qeyd olunur ki, danışıqlara başlanılarsa, "Leypsiq" transfer üçün 100 milyon avrodan çox pul tələb edəcək.

Yann Diomande "Leypsiq"ə 2025-ci ilin iyulunda İspaniyanın "Leqanes" klubundan qoşulub. Onunla 5 illik müqavilə imzalanıb. Diomande mövsüm ərzində 33 oyunda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Diomande Bundesliqada cari mövsümünün ən yaxşı yeni oyunçusu seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest