23 May 2026, 00:12
FUTBOL
Türkiyə Kubokunda finala qarşılaşması baş tutub.
Matc.az xəbər verir ki, həlledici görüşdə "Trabzonspor"la "Gənclərbirliyi" üz-üzə gəlib.
Antalyada yerləşən "Corendon Airlines Park" satdionun baş tutan qarşılaşmada Trabzon təmsilçisi 2:1 hesabı ilə qələbə qazanaraq Türkiyə Kubokunun qalibi olub.
Bu nəticədən sonra Türkiyə Superkubokunun pley-offunda üz-üzə gələcək cütlüklər də dəqiqləşib. "Qalatasaray" "Konyaspor"la, "Tranzonspor" isə "Fənərbaxça" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Trabzonspor" tarixində 10-cu dəfə ölkə kubokuna sahib olub.













