27 May 2026, 20:08
FUTBOL
"Espanyol" baş məşqçi Manolo Qonsalesin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, manolo Qonsales 2024-cü ilin martında "Espanyol"un baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda La Liqada mövsümü 46 xalla 11-ci pillədə başa vurub.






_1692637766.png)






