"Latsio" baş məşqçi Mauritsio Sarri ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə gələn ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mauritsio Sarri 2025-ci ilin iyununda "Latsio"nun baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Paytaxt təmsilçisi A Seriyasında mövsümü 54 xalla 9-cu pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest