"Tottenhem"in müdafiəçisi Pedro Porro Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

"Mançester Siti" ispaniyalı futbolçunu transfer etmək istəyir. "Şəhərlilər" həm 26 yaşlı sağ cinah müdafiəçisinin özü ilə, həm də klubu ilə danışıqlara başlayıb.

London təmsilçisi İspaniya millisinin üzvü üçün 55 milyon avro tələb edir.

Qeyd edək ki, Pedro Porro başa çatan mövsümdə "Tottenhem"in heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest