"Real" tarixi maliyyə nailiyyətinin bir addımlığındadır.

Matc.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" illik gəlir səviyyəsinə görə futbol dünyasında mütləq rekord müəyyənləşdirmək üçün bütün şanslara sahibdir.

2025/26 mövsümünü kuboksuz başa vurmağına baxmayaraq, madridlilər iqtisadi baxımdan inamla liderlik etməyə davam edirlər. "Real" əvvəllər ardıcıl üç dəfə dünyanın futbol klubları arasında gəlirlərinə görə nüfuzlu "Deloitte" reytinqinə başçılıq edib. Klub ötən mövsüm rekord sayılan 1,161 milyard avro qazanıb, indi isə yeni tarixi rekord gözlənilir.

Bu cür artımın əsas səbəbi kommersiya daxilolmaları olub. Klub təkcə marketinq, atribut satışı və sponsorluq müqavilələri sayəsində 594 milyon avro əldə edib ki, bu da əvvəlki göstəricilərdən 23% çoxdur.

Maliyyəyə əlavə təkan verən yenilənmiş "Santyaqo Bernabeu"dur. Genişmiqyaslı yenidənqurmadan sonra arena konsertlərin, VIP tədbirlərin və müxtəlif kommersiya layihələrinin keçirilməsi üçün aktiv şəkildə istifadə olunur. Stadiondan gələn gəlirlər 233 milyon avroya çatıb. Bu da futbol tarixindəki ən yaxşı göstəricilərdən biridir.

Bundan əlavə, "Real" artıq "Emirates" şirkəti ilə sponsorluq müqaviləsini 2031-ci ilə qədər uzadıb. La Liqa nəhəngi hazırda "Adidas" şirkəti ilə yeni saziş barədə danışıqlar aparır. Klub sponsorlardan gələn ümumi gəliri hər mövsüm üçün demək olar ki, 300 milyon avroya çatdırmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest