"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb. Müdafiəçi Labinot İbrahimi karyerasını Tirana təmsilçisində davam etdirəcək. 33 yaşlı sağ cinah oyunçusu başa çatan müqavilə müddətini uzadıb.

"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Labinot İbrahimi karyerasını Tirana təmsilçisində davam etdirəcək.

Komadanın aparıcı simalarından olan 33 yaşlı sağ cinah oyunçusu başa çatan müqavilə müddətini uzadıb. Belə ki, 2013-cü ildən "Partizani"nin formasını geyinən İbrahimi daha bir il bu komandada qalacaq.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest