"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" transfer çalışmalarını davam etdirir. Matc.az klubun rəsmi saytına istinadən məlumatına görə, Tirana təmsilçisi daha 2 futbolçunu heyətinə qatıb.

Rəhbərlik hücum xəttini "Uypeşt"in üzvü Teofilus Solomonla gücləndirib. 23 yaşlı nigeriyalı forvard yeni komandası ilə 2 illik müqavilə imzalayın. Nigeriyanın U-23 yığmasının sabiq üzvünün sözləşmə müddəti daha 1 il uzadıla bilər.

Həmçinin "Skenderbeu"nun qapıçısı Aldo Teqya da karyerasını Albaniya çempionunda davam etdirəcək. 24 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Transferlərlə yanaşı, heyətində "təmizləmə işləri" aparan "Partizani" müdafiəçi Lum Rexhepi ilə də vidalaşıb. Bu ilin yanvarında kollektivə cəlb edilən və komandanın çempionluğunda önəmli pay sahibi olan Finlandiya əsilli oyunçu yeni baş məşqçi Franko Lerdaya lazım olmayıb. Bu səbəbdən onunla yollar ayrılıb.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest