"Barselona" ötən mövsüm komandada icarə əsasında çıxış edən Markus Reşfordun birdəfəlik transferi üçün "Mançester Yunayted"ə qarşı maraqlı strategiya hazırlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, "Barselona" rəhbərliyin ingilis futbolçunun qiymətini aşağı salmaq üçün danışıqları qəsdən uzadacaq. Planın əsas məqsədi "transfer pəncərəsi"nin sonuna yaxın "Mançester Yunayted"i çarəsiz qoyaraq güzəştə getməyə məcbur etməkdir.
La Liqaya maliyyə məhdudiyyətlərinin (feyr-pley) tamamilə aradan qaldırıldığını bəyan edən "Barselona", transfer dövrünün son günlərində 28 yaşlı cinah oyunçusu üçün masaya oturacaq.
Hazırda tərəflər arasında ciddi qiymət fərqi var: İspaniya klubu transferi 15 milyon avroya bitirmək istədiyi halda, "qırmızı şeytanlar" Reşford üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, 2025/26 mövsümünü "Barselona"da icarədə keçirən futbolçu Kataloniya təmsilçisində qalmağa müsbət yanaşır.












