çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Partizani" - "Qarabağ" oyunun hakimi Azərbaycan çempionuna tanış simadı. Matc.az saytının məlumatına görə, islandiyalı referi Horvaldur Arnason ikinci dəfə Ağdam klubunun görüşündə ədalət təmsilçisi olacaq.

Maraqlıdı ki, 37 yaşlı referi yenə "Qarabağ"ın səfər matçına təyinat alıb. O, 2011-12 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində ağdamlıların "Banqa" ilə səfər görüşündə iş başında olub. Litvada baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi 4:0 hesablı qələbəyə sevinmişdi. "Qarabağ"ın heyətində Rəşad Sadıqov və Bəxtiyar Soltanov 1, Vüqar Nadirov isə 2 qola imza atmışdı.

ümumiyyətlə, 2010-cu ildən FİFA referisi olan Horvaldur Arnason elə də təcrübəli hakim deyil. Düzdü, o, 9 il ərzində 38 beynəlxalq oyun idarə edib. Lakin UEFA ona yalnız təsnifat mərhələsi matçlarında ehtiyac duyur. İslandiyalının ən böyük uğuru iki il əvvəl 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının elit raunduna aldığı təyinatlardı.

Halbuki o, İslandiyanın ən istedadlı hakimləri arasında gösətrilirdi. Təsadüfi deyil ki, 26 yaşında İslandiya çempionatında oyunlara təyinat alan Arnason 27 yaşında FİFA hakimi olub.

Qeyd edək ki, iyulun 10-da Tiranada "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 19:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest