Madridin "Atletiko" klubu bu yay "transfer pəncərəsi"ndə heyətini ciddi şəkildə gücləndirməyi hədəfləyib.

Matc.az xəbər verir ki, klubun idman direktoru Mateu Alemani komandaya 7 yeni futbolçu cəlb etməyi planlaşdırır.

Paytaxt təmsilçisi sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi, mərkəz yarımmüdafiəçisi, iki cinah müdafiəçisi və bir hücumçu transfer etmək niyyətindədir. Bundan əlavə, ABŞ-nin "Orlando" klubuna yollanan ulduz futbolçu Antuan Qrizmannın da yeri mütləq doldurulmalıdır.

"Atletiko"nun transfer siyahısında prioritet adlar artıq bəllidir. Madridlilər müdafiənin solunu "Çelsi"dən Mark Kukurella ilə gücləndirmək, Qrizmannın varisi kimi isə "Mançester Siti"dən Bernardo Silvanı heyətə qatmaq istəyirlər.

Klub həmçinin ötən mövsüm icarə əsasında komandada çıxış etmiş "Yuventus"un cinah müdafiəçisi Nikolas Qonsalesin birdəfəlik transferinə ümid edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest