06 İyun 2026, 18:25
FUTBOL
"Vest Hem" rəsmi olaraq Devid Sallivanın idarə heyətinin üzvü vəzifəsindən istefa verdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Sallivan mediada ona qarşı irəli sürülən ittihamları cavablandırmaq məqsədilə bu qərarı qəbul edib. O, vəkilləri vasitəsilə ünvanına deyilən hər hansı bir qanun pozuntusunu qəti şəkildə inkar edir.
Klubda yaranan boşluğu doldurmaq üçün Kərim Virani müvəqqəti baş direktor təyin edilib.
Qeyd edək ki, Devid Sallivan 2010-cu ildən bəri "Vest Hem"də rəhbər vəzifəni tuturdu. London təmsilçisi ötən mövsüm Premyer Liqada cəmi 39 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və Çempionşipə düşüb.













