İtaliya millisinin sabiq baş məşqçisi Fabio Kapello "göy qvardiya"nın sükanı arxasına kimin keçməli olduğu ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin yığması üçün ən doğru namizədin Antonio Konte olduğunu bildirib.

Kapello komandanın mövcud durumunu və keçmiş xatirələrini bu sözlərlə bölüşüb: "Seçməli olsaydım, Antonio Konte mənim məşqçim olardı. Keyfiyyətli oyunçularımız çox olmaya bilər; hücumda və yarımmüdafiədə yaxşıyıq, amma müdafiədə keyfiyyətimiz çatışmır. Məsələn, "Yuventus"u götürək: onlar müdafiəçi axtarırdılar, Bremer gəldi və komanda dəyişdi. Mənim "Yuventus"umda Kyellini cinah müdafiəçisi kimi oynayırdı; irəli qaçmaq və yüksək səviyyədə oynamaq istəyirdi. Mən ondan soruşdum ki, "Sən kimsən?" O, cavab verdi ki, "Müdafiəçi". "Deməli, nə etməli olduğunu bilirsən? Müdafiə olunmaq".

Xatırladaq ki, İtaliya millisi DÇ-2026-ya vəsiqə uğrunda pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya məğlub olaraq (1:1, penaltilərdə 1:4) dünya çempionatından kənarda qalıb. Bu uğursuzluqdan sonra baş məşqçi Gennaro Qattuzo postundan uzaqlaşdırılıb. Digər tərəfdən, namizədlər arasında yer alan Antonio Konte isə ötən mövsüm A Seriyasında ikinci yeri qazandırdığı "Napoli" klubundan yenicə istefa verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest