Faiq Qarayevin baş məşqçi olduğu komanda, Estoniya yığması ilə üz-üzə gəlib.

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.

Matc.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda, Estoniya yığması ilə üz-üzə gəlib.

Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin 3:0 (25:15, 25:14, 25:20) hesablı quru qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız turnirdəki ilk görüşündə İsveç seçməsinə eyni hesabla (0:3) məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest