Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsində məğlubiyyətlə üzləşib.

Matc.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv finala gedən yolda güclü ABŞ seçməsi ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma rəqibin minimal fərqlə – 19:18 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və ev sahibi Polşanı (20:13) məğlub edib, yalnız Niderlanda uduzub (13:19). Yarımfinala gedən yolda möhtəşəm performans nümayiş etdirən komandamız pley-off mərhələsində Litvaya (14:12), 1/4 finalda isə Almaniyaya (18:16) qalib gələrək tarixi uğura imza atmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest