08 İyun 2026, 12:57
FUTBOL
"Trabzonspor" "Jirona"nın futbolçusu Viktor Tsıqankovu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Suport UA" nəşri məlumat yayıb.
Ukraynalı vinger "Ayaks"ın təklifini rədd edib. 28 yaşlı oyunçu daha sərfəli şərtlər təklif edən Türkiyə klubu ilə anlaşıb. Təcrübəli futbolçunun yaxın vaxtlarda Super Liqa təmsilçisi ilə müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Viktor Tsıqankov ötən mövsüm "Jirona"nın heyətində keçirdiyi 34 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib. Onun İspaniya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.









_1780918407.jpg)



