Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la mübarizə apacaq Albaniyanın "Partizani" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, sözügedən klub 21 futbolçu sifariş edib.
 
Onlardan üçü qapıçı, dördü müdafiəçi, onu yrımmüadəçi, altısı hücumçudu:
 
Qapıçılar: 1. Daşamir Cika, 12. Alban Hoca, 77. Aldo Tekya;
 
Müdafiəçilər: 2. Eqzon Belitsa, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 33. Eneo Bitri;
 
Yarımmüdafiəçilər: 4. Ron Broya, 8. Aristoteles Romero, 10. Yasir Asani, 11. Yurgen Bardi, 17. Bruno Teluşi, 19. Lorents Traşi, 20. Esat Mala, 26. Vilyam Kordeyro, 31. Eneid Kodra, 38. Kristi Kote;
 
Hücumçular: 7. Erald çinari, 9. Teofilus Solomon, 18. Lukas, 66. Jozef Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun.
 
"Partizani" ilə "Qarabağ"ın ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə iyulun 17-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest