09 İyun 2026, 09:18
DÇ-2026
Niderland milli komandası DÇ-2026-ya ciddi itki ilə yollanacaq.
Matc.az xəbər verir ki, "Arsenal"ın futbolçusu Yurrien Timber mundialda "Narıncılar"a kömək edə bilməyəcək. Bu barədə yerli federasiyaanın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı sağ cinah müdafiəçisi qasıq nahiyəsində olan zədəyə görə turnirdə iştirak etməyəcək. Onun əvəzinə "Sanderlend"dən Lutsarel Gertrade yığmaya çağırılıb.
Qeyd edək ki, Niderland millisi dünya çempionatının final mərhələsinin F qrupunda Yaponiya, İsveç və Tunislə mübarizə aparacaq.

_1781026155.jpg)











