09 İyun 2026, 23:54
FUTBOL
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxıb.
Matc.az xəbər verir ki, A milli San Marino yığması ilə qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunan görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb.
9 iyun
Azərbaycan – San Marino - 2:1
Qollar: Rəhman Daşdəmirov, 27, Renat Dadaşov, 49 // Nanni, 9
Baş hakim: Marton Ruş
Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai
Dördüncü hakim: Bençe Çsonka
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu













