09 İyun 2026, 13:22
FUTBOL
"Çelsi"nin müdafiəçisi Mark Kukurelya ingiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Mançester Siti" və "Mançester Yunayted" ispaniyalı futbolçunu transfer etmək istəyir. London klubu Kukurelyanı 50 milyon avroya satmağa hazırdır.
Mançester nəhənglərinin marağına baxmayaraq, 27 yaşlı sol cinah müdafiəçisi "Barselona"ya keçməyi arzulayır.
Qeyd edək ki, Mark Kukurelya ötən mövsüm "Çelsi"nin heyətindəə bütün turnirlərdə keçirdiyi 50 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

_1781026155.jpg)











